!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlil gəncdən Prezidentin oğluna sensasiyalı müraciət

!Reklam – Yazi

 ““Muğanbank” ASC mənim müalicəmi, qardaşımın təhsilini məhv etdi”

 1376894343_untitled-1Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin son günlərdə ictimai prosseslərdə önə çıxması diqqətləri ona çevirib. Heç şübhəsiz aşağıda oxuyacağınız məktub da insanların onu yeni ümid yeri olaraq, görmələrinin nəticəsidir. Məktubun müəllifi Gəncə şəhəri, 3-cü mikrorayon, ev 12 B, mənzil 26-da kirayə yaşayan Qocayev Fariz Hafiz oğludur. Anadangəlmə qüsurlu olan bu gənc Heydər Əliyevdən ailəsini xilas etməyi xahiş edir.

            “Mən də gəncəm. Mən də məktəbə getmək, dərs oxumaq, axşam da atama məktəbdə gördüklərimi danışmaq istəyirəm. İstəyirəm ki, atam gündəliyimi vərəqləyib, aldığım qiymətlərə baxsın. Lakin Uca Allahın təqdiri belə olub ki, mən anadangəlmə qüsurlu doğulmuşam. Sizin çıxışınızı belə cihaz olmasaydı, duymaq imkanına malik deyildim. 17 yaşım olmasına rəğmən mən cihazlarsız hərəkət edə bilmirəm” deyə ürəkləri dağlayan cümlələrlə başlayan müraciət “Muğanbank”ın onları müflisləşdirməsi ilə bağlıdır.

Əlil gənc bildirir ki, “Muğanbank”ın fırıldaqları onun müalicəsini, qardaşının təhsilini yarımçıq qoyub: “        Bəlkə də “Muğanbank” olmasaydı, mən Sizi cihazsız da dinləyə bilərdim. Lakin bu bankın dələduz fəaliyyəti sayəsində atama çox böyük maddi ziyan dəyib və dəyməkdə də davam edir. Belə ki, atam Hafiz Məmmədəli oğlu Qocayev Gəncə şəhərində və Gəncə-Çonabdallı magistral yolunun sağ və sol tərəflərində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Qardaşım Qocayev Elvinə məxsus, ümumi sahəsi 148.93 kv.m olan (Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev k., 90 ünvanında) qeyri-yaşayış sahəsi, eləcə də atamın öz mülkiyyətində olan Gəncə-Çonabdallı magistral yolunun sol və sağ tərəflərində, ümumi sahələri  84.7 kv.m və 66 kv.m olan mülkləri “Muğanbank” ASC tərəfindən saxta yollarla dəyər-dəyməz qiymətlərlə ələ keçirilib. 2011-ci ildə sahibkarlıq fəaliyyətinin inkişafı üçün “Muğanbank”ın işçilərinin şirin dilinə aldanaraq, həmin bankdan kredit götürən atamdan öncə 20 min manat “şapka” alıblar. Buna etiraz edən atama bu pulu faizdən düşəcəklərini desələr də, iki ildən sonra nəinki o pulu faizdən düşüblər, əksinə bütün mal-mülkümüzü bazar qiymətindən dəfələrlə aşağı qiymətə əlimizdən aldılar. Qardaşım Türkiyədə, Fateh Universitetindəki təhsilini məhz “Muğanbank” ASC-nin fırıldaqları üzündən yarımçıq qoydu. Mənim müalicəm bu səbəbdən yarımçıq qaldı. Bu bank bizi evsiz-eşiksiz və çörəksiz qoydu”.

Müraciəti olduğu kimi təqdim edirik:

 Azərbaycan Prezidentinin oğlu,

cənab Heydər Əliyevə

Gəncə şəhəri, 3-cü mikrorayon,

ev 12 B, mənzil 26-da kirayə yaşayan

Qocayev Fariz Hafiz oğlu

tərəfindən

MÜRACİƏT

 

Hörmətli Heydər İlham oğlu Əliyev!

Sizin müsahibənizi televiziyada izlədim. Sizin dərslərinizi necə həvəslə oxuduğunuzu, atanız-Prezidentimiz İlham Əliyev cənablarının Sizin dərslərinizlə necə maraqlandığını öyrəndikdə, hər bir gəncin Sizə və Ailənizə olan sevgi və rəğbətinin daha da artdığına əminəm. Hər bir gəncin idealı olur. Bəzən tarixi qəhramanlar, bəzən də günümüzdə yaşayan insanlar gənclər üçün ideala çevrilir. İnanıram ki, olduqca səmimi müsahibənizdən sonra mənim kimi bir çox gəncin idealına çevrildiniz.

Sizin müsahibənizi izlədikcə, səsimizə səs verəcək yeni gənc liderin yetişdiyini görməyin sevinci hər bir vətənpərvər gənci olduqca  xoşbəxt etmişdir. Bu müsahibə ilə Siz babanız Ulu Öndərimiz Heydər Əliyevin adını daşımaq şərəfinə isbatladınız.

Hörmətli Heydər İlham oğlu!

            Mən də gəncəm. Mən də məktəbə getmək, dərs oxumaq, axşam da atama məktəbdə gördüklərimi danışmaq istəyirəm. İstəyirəm ki, atam gündəliyimi vərəqləyib, aldığım qiymətlərə baxsın. Lakin Uca Allahın təqdiri belə olub ki, mən anadangəlmə qüsurlu doğulmuşam. Sizin çıxışınızı belə cihaz olmasaydı, duymaq imkanına malik deyildim. 17 yaşım olmasına rəğmən mən cihazlarsız hərəkət edə bilmirəm. Bunları yazmaqla Sizi narahat etmək istəməzdim. Ancaq mənim də başqa uşaqlar kimi sağlam olmağım üçün əlindən gələni edən atam “Muğanbank” ASC tərəfindən aldadılıb və son qəpiyimizə qədər əlimizdən alıb.

Bəlkə də “Muğanbank” olmasaydı, mən Sizi cihazsız da dinləyə bilərdim. Lakin bu bankın dələduz fəaliyyəti sayəsində atama çox böyük maddi ziyan dəyib və dəyməkdə də davam edir. Belə ki, atam Hafiz Məmmədəli oğlu Qocayev Gəncə şəhərində və Gəncə-Çonabdallı magistral yolunun sağ və sol tərəflərində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Qardaşım Qocayev Elvinə məxsus, ümumi sahəsi 148.93 kv.m olan (Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev k., 90 ünvanında) qeyri-yaşayış sahəsi, eləcə də atamın öz mülkiyyətində olan Gəncə-Çonabdallı magistral yolunun sol və sağ tərəflərində, ümumi sahələri  84.7 kv.m və 66 kv.m olan mülkləri “Muğanbank” ASC tərəfindən saxta yollarla dəyər-dəyməz qiymətlərlə ələ keçirilib. 2011-ci ildə sahibkarlıq fəaliyyətinin inkişafı üçün “Muğanbank”ın işçilərinin şirin dilinə aldanaraq, həmin bankdan kredit götürən atamdan öncə 20 min manat “şapka” alıblar. Buna etiraz edən atama bu pulu faizdən düşəcəklərini desələr də, iki ildən sonra nəinki o pulu faizdən düşüblər, əksinə bütün mal-mülkümüzü bazar qiymətindən dəfələrlə aşağı qiymətə əlimizdən aldılar. Qardaşım Türkiyədə, Fateh Universitetindəki təhsilini məhz “Muğanbank” ASC-nin fırıldaqları üzündən yarımçıq qoydu. Mənim müalicəm bu səbəbdən yarımçıq qaldı. Bu bank bizi evsiz-eşiksiz və çörəksiz qoydu.

Təəssüf ki, atam bu barədə hara yazsa da, bir nəticə yoxdur. Bank fırıldaqlarına elə don geyindirib ki, bizim haqq səsimiz duyulmur.

Hörmətli Heydər İlham oğlu!

Sizdən atanızla söhbətiniz zamanı Gəncədən olan Fariz Qocayevin və ailəsinin başına “Muğanbank” ASC tərəfindən gətirilən müsibəti anlatmanızı rica edirəm. Cənab Prezidentimizə mənim və ailəmin başına gələnləri anladın ki, dərdimizə çarə tapılsın.

Öncədən təşəkkür edirəm.

            Dərin sevgi və ehtiramla

Qocayev Fariz Hafiz oğlu

30.04.14

COP29

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv