Zelenski silah istehsalındakı çatışmazlığı “absurd” adlandırdı
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik raket hücumlarına qarşı ölkəsinin müdafiəsi üçün silah çatışmazlığından narazılığını ifadə edib və mövcud istehsal həcmini “absurd” adlandırıb.
Yenicag.az xəbər verir ki, Zelenski gecə videomüraciətində bildirib ki, müasir dünyada ballistik terrora qarşı müdafiə üçün tələb olunan səviyyədə silah istehsalının təmin olunmaması qəbuledilməzdir.
Ukrayna liderinin sözlərinə görə, ölkəsi bu silahların istehsalı üçün kifayət qədər bilik və imkanlara malikdir. O qeyd edib ki, əgər ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya verilərsə, Ukrayna yalnız özünü deyil, bu sistemlərə ehtiyacı olan tərəfdaş ölkələri də təmin edə bilər.













