Kubada ölkə üzrə elektrik enerjisi tam kəsildi

media-hightechnic-468x90

Kubada bütün ölkəni əhatə edən genişmiqyaslı enerji böhranı yaşanır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə dövlət enerji şirkəti “Union Electrica” (UNE) “X” sosial şəbəkəsində məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilir: “Milli elektrik şəbəkəsində tam kəsilmə baş verib. Səbəblər araşdırılır. Yenilənmiş məlumatları təqdim etməyə davam edəcəyik”.

Qeyd edək ki, bu, son bir il yarım ərzində Kubada baş verən yeddinci ümummilli elektrik kəsintisidir.

Ekspertlərin fikrincə, belə miqyaslı nasazlıqdan sonra enerji sisteminin tam bərpası texniki cəhətdən olduqca mürəkkəbdir və bir neçə gün çəkə bilər. UNE hələlik elektrik təchizatının nə vaxt bərpa olunacağı ilə bağlı konkret vaxt açıqlamayıb.

Enerji böhranının əsas səbəbi kimi Mariel, Matansas və Nuevitas şəhərlərindəki istilik elektrik stansiyalarının bir neçə enerji blokunun sıradan çıxması göstərilir. Bundan əlavə, yanacaq çatışmazlığı səbəbindən 106 paylanmış generasiya qurğusu dayanıb ki, bu da 890 meqavat gücün itirilməsi deməkdir.

Məlumata görə, Kuba artıq üç aydan çoxdur ki, neft tədarükü almır. Ölkənin energetika sistemi hazırda iqtisadi çətinliklər fonunda günəş enerjisi, təbii qaz və istilik elektrik stansiyalarının hesabına fəaliyyət göstərir. Qeyd edək ki, son günlər ölkənin ayrı-ayrı regionlarında da lokal elektrik kəsintiləri qeydə alınmışdı. Məsələn, iyulun 4-də Qranma əyaləti tamamilə işıqsız qalmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05