Reklam: High Technic
hightechnic

4 taliban döyüşçüsü öldürüldü

img1822749Əfqanıstanın paytaxtı Kabil şəhərinin Vəzir Əkbər Xan rayonundakı otelə hücum edən silahlılardan 4-ü öldürülüb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində Əfqanıstan daxili işlər nazirinin müavini, general Məhəmməd Ayub Salanqi məlumat verib.
Xatırladaq ki, “Kalaşnikov” avtomatları və qumbaraatanlarla silahlanmış talibanlar Əfqanıstan paytaxtının hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda yerləşən mehmanxanaya daxil ola bilmişdilər. Lakin təhlükəsizlik qüvvələri onları binadan çıxarmağa nail olub. Atışma 7 saatdan çox davam edib. Dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölən yoxdur.

www.yenicag.az

62