"Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq" - İran XİN

media-hightechnic-468x90

İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.

Yenicag.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi növbəti brifinq zamanı bildirib.

“Ermənistan və Azərbaycan məsələsinə gəlincə, biz həmişə iki ölkə arasında sülh prosesini dəstəklədiyimizi vurğulamışıq və hər iki tərəfi tezliklə sülh müqaviləsi imzalamağa çağırmışıq.

Cənubi Qafqaz regionunda sülh və sabitlik İran üçün strateji əhəmiyyət kəsb edir. Bizim hər iki ölkə – Ermənistan və Azərbaycanla yaxşı və balanslı münasibətlərimiz var və mehriban qonşuluq siyasətimizin davamlılığını vurğulayırıq”, – deyə diplomat qeyd edib. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600