4 yaşlı uşağı vəhşicəsinə öldürdü

media-hightechnic-468x90

tabletini-kiran-4-yasindaki-cocugu-oldurdu-4824100YENİCAG.AZ xəbər verir ki, Taylandda dəhşətli hadisə baş verib. Beləki, Taylandın Surat Thani şəhərində yaşayan 19 yaşındakı gənc 4 yaşlı uşağı İ-Pad-ni qırdığı üçün öldürüb.

Hadisə belə baş verib: 4 yaşındakı uşağın ailəsi, polisə övladlarının itkin düşdüyü məlumatını veriblər. Chaiya təhlükəsizlik müdiri Chokchai Srathongro bölgədəki hər kəsdən uşağın axtarışlarına başlamasını istəyib. Axtarışların nəticəsində azyaşlı uşaq məktəbin 100 metr məsafəliyində ölü şəkildə tapılıb.

Polis, hadisə yerinə baxış zamanı meyitin üzündə və kürəyində yara və zərbə izləri aşkarlayıb. Ekspertiza nəticələrinə görə, uşağa sərt bir cisimlə vurulub və zərbə nəticəsində qaraciyəri işləməz hala gəlib.

İfadəsində, günahını dərhal etiraf edən gənc, atasının ona keçən həftə aldığı son model İ-Pad-i yerə saldığı üçün uşağa çox əsəbiləşdiyini və yeni İ-Pad-in yerə düşüncə qırıldığını söyləyib.

“Tabletimi qırdığı üçün çox əsəbiləşdim və özümü itirdim. Onu alıb məktəbin arxasına apardım. Təxminən 15 dəfə başına vurdum, və cəsədi gizlətdim” deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600