47 erməni hərbçisi məhv edilib

media-hightechnic-468x90

272Ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə muzdlu hərbi qulluqçudur

Cəbhə xəttində son gərginlik zamanı 47 erməni hərbçisi məhv edilib.

Rusiyadakı diplomatik mənbələrdən daxil olan məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə basqını zamanı 47 erməni hərbçisi məhv edilib, 100-dən çoxu isə yaralanıb.

Ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətində olan muzdlu hərbi qulluqçudur.

Mənbə bildirib ki, Ermənistan ordusunun məhv edilmiş əsgərlərinin adları tədricən açıqlansa da, öldürülmüş muzdlu hərbçilər barədə informasiya qapalı saxlanılır.

Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də avqustun 6-da Ağdam rayonuna səfəri zamanı onlarla erməni hərbçisinin məhv edildiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti və Nazirliyin rəsmi şəxsləri də ermənilərin dəfələrlə çox itki verdiyi barədə məlumat yayıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600