Türkiyədə Azərbaycan musiqisi COŞQU YARATDI: “Bizi heyranlıqla dinləyirdilər” – FOTO

media-hightechnic-468x90

Azərbaycan musiqisini dünyada layiqincə təmsil edən ustad xanəndə, Prezident mükafatçısı, Əməkdar artist Təyyar Bayramov Türkiyənin nüfuzlu təhsil ocaqlarından olan Ankara Musiqi və Gözəl Sənətlər Universitetində ustad dərsləri keçib, daha sonra geniş konsert proqramı ilə çıxış edib.

media-banner_tkm

media-whatsapp-image-2026-05-15-at-12-18-25

Səfərdən dönən xanəndə təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Səfərimiz Azərbaycan Milli Konservatoriyası ilə Ankara Musiqi və Gözəl Sənətlər Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutdu. Tədbirə qatılan sənət dostlarım- Milli Konservatoriyanın müəllimləri – tarzən Rəşad İbrahimov, kamança ifaçısı Təbriz Yusubov və nağara ifaçısı Vüsal Bayramovun da ayrı-ayrılıqda ustad dərsləri oldu. Tədbirin əsas məqsədi Azərbaycan muğam sənətinin qardaş Türkiyədə təbliği, ifaçılıq ənənələrinin gənc musiqiçilərə tanıdılması, eləcə də ali təhsil ocaqları arasında elmi-yaradıcı əlaqələrin inkişaf etdirilməsi idi.

Hər şey gözlədiyimizdən də yüksək səviyyədə keçdi. Proqramda xalq mahnılarımızı, təsnif və muğamlarımızı təqdim etdik. Dərslərə qatılan gənclərin milli musiqimizə olan böyük marağının şahidi olduq. Ustad dərslərindən sonra baş tutan konsertdə muğam sənətinin zəngin ifaçılıq ənənələrini nümayiş etdirdik. Tamaşaçıların musiqimizi sevə-sevə, heyranlıqla dinləməsi bizə qürur verdi”.

Qeyd edək ki, tədbirdə xanəndəni Milli Konservatoriyanın müəllimləri – tarzən Rəşad İbrahimov, kamança ifaçısı Təbriz Yusubov və nağara ifaçısı Vüsal Bayramov müşayiət ediblər.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05