49 nömrəli “İntellekt” məktəb-liseyində gənc müəllifin kitab təqdimatı keçirildi - FOTO
49 nömrəli “İntellekt” məktəb-liseyində şagird yaradıcılığına həsr olunan tədbir keçirilib. Kiçik Akademiyanın rəhbəri Şəhla Əliyevanın təşkilatçılığı ilə məktəb-liseyin IX “A” sinif şagirdi Qasımzadə Sərkarın müəllifi olduğu “Normandor və Sehrli Dünya” adlı kitabın təqdimat mərasimi baş tutub.
Yenicag.az xəbər verir ki, tədbirdə gənc müəllif kitabın yaranma ideyası, süjet xətti və yazılma prosesi barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Mərasimdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də müəllifin valideynləri və yaxınları iştirak ediblər.
Sonda məktəb rəhbərliyi tərəfindən Sərkara təltifnamə təqdim olunub. Tədbir çərçivəsində belə təşəbbüslərin şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması və onların inkişafına dəstək baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.












