Sahibkarlara böyük güzəşt: Vurulan ziyanın 50%-ni ödəyənlər həbsdən QURTULACAQ

media-hightechnic-468x90

 

media-banner_tkm

Azərbaycanda qanunsuz və ya yalançı sahibkarlıq, eləcə də rəqabətin məhdudlaşdırılması kimi iqtisadi cinayətlər törədən şəxslərlə bağlı cəzalar yüngülləşdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişiklik layihəsində əksini tapıb.

Yeni qaydalara əsasən, törədilən cinayət nəticəsində dəymiş ziyanı və ya əldə olunmuş gəliri dövlət büdcəsinə tam şəkildə geri ödəyən şəxslərə böyük güzəşt olunacaq. Belə ki, onlar əvvəlki qaydada olduğu kimi ziyanın bir misli (100%-i) qədər deyil, cəmi əlli faizi (50%-i) miqdarında əlavə ödəniş etdikdə cinayət məsuliyyətindən tam azad ediləcəklər.

Yalançı sahibkarlığın dairəsi genişlənir

Sənəddə həmçinin yalançı sahibkarlıq anlayışına da (Cinayət Məcəlləsinin 193-cü maddəsi) ciddi dəqiqləşdirmələr gətirilib. Yeni dəyişiklikdən sonra aşağıdakı hallar da birbaşa cinayət tərkibi sayılacaq:

Qanunsuz kredit almaq, rüsumlardan yayınmaq və ya fərqli əmlak mənfəəti güdmək;

Qadağan olunmuş fəaliyyəti gizlətmək məqsədilə, real sahibkarlıq niyyəti olmadan fiziki şəxs kimi vergi uçotuna alınmaq;

Qeyd edilən məqsədlər üçün hüquqi şəxsin və ya vergi uçotundakı fiziki şəxsin fəaliyyətini faktiki olaraq idarə etmək.

Sözügedən qanun layihəsi parlamentdə keçirilən müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05