4G smartfonlar 100 dollara satılacaq

media-hightechnic-468x90

295984Tayvanın DigiTimes nəşri tədarük kanalındakı mənbələrə istinadən yazır ki, tezliklə dördüncü nəsil şəbəkəsini dəstəkləyən ucuz smartfonlar bazarda üstünlük təşkil edəcək.

Qiymətləndirmələrə görə, 2015-ci ilin birinci yarısında 4G şəbəkəsini dəstəkləyən mobil telefonların qiyməti 100 dollardan aşağı olacaq. Hazırda sözügedən telefonların minimal qiyməti 200 dollar səviyyəsindədir.

Qualcomm şirkəti 4G smartfonlarının ucuzlaşmasına imkan yaradacaq. Şirkət MediaTek ilə mübarizə aparmaq üçün ucuz çipset buraxıb.

Bundan başqa, Çin brendləri arasındakı rəqabətə görə telefonların qiyməti ucuzlaşır. Nəticədə artıq Çinin bəzi şirkətləri təxminən 114 dollar məbləğində 4G dəstəkli başlanğıc səviyyəli cihazlar təklif edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600