5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

media-hightechnic-468x90

Azərbaycanda 5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası və Bakıda 49 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Belə ki, Ağcabədi-Mingəçevir marşrutu üzrə fiziki şəxs Bayramov Bayram İbrahim oğlu, Tərtər-Gəncə marşrutu üzrə fiziki şəxs Nağıyev Azər Kamal oğlu, Gəncə-Qazax marşrutları üzrə fiziki şəxs Həsənov Vüsal Famil oğlu, Qazax-Gəncə marşrutları üzrə hüquqi şəxs “Ağstafa Avtonəqliyyat ” ASC və fiziki şəxs Cəfərov Samir Vaqif oğlu, 49 nömrəli şəhərdaxili (metronun “28 May” stansiyası-68 nömrəli məktəb) marşrut üzrə hüquqi şəxs “BakuBus” MMC qalib elan olunublar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05