5 ay ərzində dünya turu
Mart ayında Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Əbu Dabidən yola çıxan Solar Impulse adlı təyyyarə iki pilotun növbələşərək uçması ilə 5 ay ərzində dünya turunu tamamlayacaq. Aralarında Fransa aviasiya nəhəngi “Dassault Systems”in də olduğu 90 şirkətin dəstək verdiyi bu layihə gələcəkdə yalnız günəş enerjisi ilə uçacaq. Təyyarə ətraf mühiti çirklətməyən yeni nəsil təyyarələr üçün ciddi bir başlanğıc modeli olaraq qəbul edilir.
Hazırlıq işləri 15 il davam edən və təxminən 150 milyon dollara başa gələn layihə ilə əldə edilən texnologiya ilk öncə çox yüksəklikdə uçan pilotsuz təyyarələrə tətbiq olunacağı bildirilib. Bu təyyarələr eyni zamanda aşağı məsrəflər təqdim edərək peyklərin yerini almaqla telekommunikasiya sahəsində də tətbiq oluna biləcək.
Üzərindəki günəş panelləri yalnız saç teli qalınlığında 17 min 248 ədəd günəş hüceyrəsi daşıyır. Təyyarənin gövdəsi mürəkkəb materialdan hazırlanıb. 50 kiloqramlıq çəkiyə malik gövdəsi ilə aviasiya tarixində bir ilkdir. Hər iki qanadının ümumi uzunluğu 70 metr olan təyyarə, Jumbo Jet sərnişin təyyarəsindən daha geniş qanadlara sahibdir. Ümumi çəkisi isə min 600 kiloqramdır.
(topnews.az)