Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Prezidentin görüşdüyü uşaqlardan biri də Gəncə terrorundan sonra dağıntılar arasından çıxarılarkən gülümsəməsi ilə yaddaşlarda qalan Bəxtiyar Heydərli olub.