5 yaşlı nigeriyalı dünyanın ən gözəl qızı seçildi – FOTO

5 yaşlı nigeriyalı qız dünyanın ən gözəl qızı seçilib.

Yenicag.az xəbər verir ki, söhbət Ceyrdən gedir.

İnternet istifadəçiləri heyranedici gözlərə və mələk simaya sahib olan azyaşlının gözəlliyi qarşısında təəccüblərini gizlədə bilməyib.

Ötən həftə Nigeriyadan olan fotoqraf Mofe Bamaiva həmyerlisinin fotosessiyasından olan bir neçə kadrı şəxsi “İnstagram” hesabında paylaşıb.

Cəmi bir neçə gün ərzində qızcığazın fotoları bütün dünyanı dolaşıb. Qərb mediası Ceyrini “bu il üçün planetin ən gözəl qızı” adlandırıb.