Tarixin axarını dəyişən LİDER: Heydər Əliyevin BÖYÜK MİSSİYASI

media-hightechnic-468x90

Tarix çox az halda bir millətə elə bir lider bəxş edir ki, onun adı təkcə keçmişlə yox, həm də gələcəklə assosiasiya olunsun.

media-ea25ad27-8fd7-4032-8f2a-a2f664a9ce92_850

Məhz belə nadir şəxsiyyətlərdən biri Azərbaycan dövlətinin qurucusu və xilaskarı Heydər Əliyevdir. Hansı ki, Heydər Əliyev fenomeni təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin müəllifidir.

media-f541f527-ac3d-445b-974a-859001a2b06b

 

Onun liderliyi sadəcə idarəçilik bacarığı ilə məhdudlaşmırdı. O, həm də xalqla dövləti bir araya gətirən tarazlıq nöqtəsi, ideoloji dayağın və strateji düşüncənin zirvəsi idi. Onun siyasi iradəsi, intellekti və uzaqgörən qərarları sayəsində Azərbaycan müstəqil və güclü dövlətə çevrildi. Müasir dövlət institutlarının əsaslarının qoyulması, ölkənin idarəçilik sisteminin formalaşması və vətəndaş cəmiyyətinin bünövrəsinin yaranması bilavasitə onun adını daşıyır. Liderlik bəzən zamanın yetişdirdiyi bir ehtiyacdır, bəzən isə Tanrının bəxş etdiyi istedad. Heydər Əliyev bu iki anlayışın vəhdətində doğulan şəxsiyyət idi. O, həm zamanın çağırışı, həm də fitri bacarığın daşıyıcısı idi. SSRİ kimi imperiyanın ən yüksək siyasi təbəqəsində təmsil olunmaqla yanaşı, o, Azərbaycanın gələcək müstəqilliyini düşünən, planlayan və bu yolda risklərə sinə gərən böyük azərbaycanlı kimi tarixə düşdü.

media-5-1

1990-cı illərin əvvəllərində ölkənin taleyi qaranlıqda itərkən, siyasi xaos, hərbi təhdidlər və daxili parçalanma təhlükəsi gündəmi zəbt edərkən, xalqın ümidi bir nəfərə yönəldi: Heydər Əliyev yenidən siyasi səhnəyə qayıtdı və Azərbaycanı uçurumun kənarından xilas edərək sabitliyin, inkişafın, gücün və dövlətçiliyin simvoluna çevirdi. Onun rəhbərliyi ilə qəbul edilən qərarlar təkcə həmin dövr üçün deyil, bugünkü uğurlarımızın da təməlini qoydu. Ən çətin situasiyalarda belə çıxış yolunu milli maraqlarda görən liderin əsas məqsədi güclü və suveren Azərbaycan idi. Onun “Azərbaycan torpaqları heç vaxt əldən gedə bilməz” fikri illər sonra ərazi bütövlüyümüzün bərpası ilə gerçəyə çevrildi. Qarabağın azadlığı uğrunda aparılan siyasi və ideoloji mübarizənin memarı da məhz o idi. Prezident İlham Əliyev isə bu irsi davam etdirərək 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi və bununla da Ulu öndərin arzularını reallaşdırdı.

media-db47a687-b7b4-4cbc-81f5-3ab140fd5dde

Heydər Əliyevin yaratdığı dövlətçilik modeli bu gün də aktualdır. Onun irsi sadəcə xatirə deyil, fəaliyyət proqramıdır. Müasir Azərbaycanın hüquqi, sosial, iqtisadi və mədəni əsaslarını təşkil edən strateji xəttin müəllifi olan bu dahi insan yalnız keçmişin lideri deyil, həm də bu günümüzün və sabahımızın yolgöstərənidir. O, Azərbaycanın dövlətçilik tarixində düşünülmüş və elmi əsaslara söykənən idarəçilik fəlsəfəsi yaradaraq, gələcək nəsillərə həm nəzəri, həm də praktiki irs qoyub. Bu irs təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası və region üçün əhəmiyyətli örnəkdir.

media-6076b1cb-6c7a-4114-8b2d-b6309e971669

Bu gün Azərbaycan Heydər Əliyevin təməlini qoyduğu siyasi xətlə irəliləyir, inkişaf edir və güclənir. Çünki onun ideyaları zamanın sınağından keçmiş, xalqın yaddaşına hopmuş, dövlətin qan yaddaşına çevrilmişdir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600