!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

56 yaşlı dosentə gəlini və oğlu tərəfindən təzyiq edilir: "Azərbaycan qadını nəyə görə belə rəzilliyi yaşamalıdır?!" - ŞİKAYƏT

!Reklam – Yazi

“Yaşadığım evdə mənə yalnız bir künc verilir. Bu küncün içərisinə özümə aid hər şeyi necə yığa bilərəm?!”.

Bu sözləri həyat yoldaşından rəsmi şəkildə ayrılandan sonra birgə yaşayış olan mənzildən sadəcə kiçik bir hissənin ona verilməsinə və bunun ədalətli olmadığına etiraz edən 56 yaşlı Əmirova Mahitə Firudin qızı Yenicag.az-a müraciətində deyib.

O bildirib ki, evin qanuni şəkildə ona ayrılan hissəsində yaşamaq mümkünsüzdür. Oğlu isə hər şeyi qanun çərçivəsində gördüyünü və anasının bu şərtlə razılaşmağa məcbur olduğunu bildirir:

“Hazırda yaşadığım ev yoldaşımın adınadır. Yoldaşımla birgə yaşayış dövründən etibarən 1972-ci ildə alınan bu evdən başqa mənzilimiz olmayıb. Müəyyən səbəblərdən dolayı həyat yoldaşımdan ayrılmışam. Ayrılandan sonra yaşadığımız evlə bağlı problem yaranıb. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin 4-cü bəndinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yəni yaşadığım evdə mənə yalnız bir künc verilir. Bu küncün içərisinə özümə aid hər şeyi necə yığa bilərəm?!

Özüm müəlliməyəm, mühazirə hazırlamalıyam. Bu balaca küncdə mən nə edə bilərəm?! Hətta mətbəxə keçməyə, soyuducudan nəsə götürməyə də icazəm yoxdur. Mənim 32 yaşlı oğlum Əmirov Toğrul Azər oğlu hüquqşünasdır. Oğlum mənə qanunu göstərərək hər şeyi qanuni şəkildə tələb etdiyini irəli sürür. Özüm xəstəyəm, amma heç kim mənə kömək etmir. Bununla yanaşı, ailədə psixoloji basqı ilə üz-üzəyəm. Oğlum və gəlinim məni şərləyir, mənim psixoloji poblemli olduğumu deyirlər. Halbuki bu, yalandır. Azərbaycan qadını nəyə görə belə rəzilliyi yaşamalıdır?! Oğlum hüquqşünas olduğu üçün hər yerdə ona haqq qazandıracaq şəxslər var. Hətta bizim sahəyə baxan polis işçisi Kamran adlı şəxs mən zəng edəndə telefonumu açmır. Mənə qarşı edilən bütün haqsızlıqlara baxmayaraq, günahı məndə görür.

Özüm Tibb Universitenin dosentiyəm. Əgər bir ziyalı kimi mənim hüququm qorunmursa, bəs digər qadınları kim qoruyacaq? Şəxsən gəlinim mənə şillə vurub, amma məni müdafiə edən yoxdur”.

P.S: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən

www.yenicag.az

278
Ads
www.veteninfo.com
!Reklam – Arxiv