İsrail-İran konfliktində YENİ MƏRHƏLƏ: "Atəşkəs sadəcə taktiki addımdır”
“Atəşkəs yalnız əməliyyatın həyata keçirilməsi üçün daha münasib şəraitin təmin edilməsi üçün atılan addımlardır”.
Bu sözləri İsrailin İrana yeni hücum etmək ehtimalı, Qəzzada 60 günlük atəşkəsin əldə edilməsi və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə bildirib ki, İsrail və ABŞ-nin İrana hücumu hər zaman gözləniləndir:
“İran və İsrail məqsədlərinə çatmayıb. Qüvvələr nisbətini tam müəyyənləşdirə bilməyiblər. İrana qarşı İsrail və ABŞ-nin təcavüzü göstərdi ki, İranın müqavimət göstərmək gücü hələ də var. Nə İsrail, nə də ABŞ hansısa ciddi itkilərə getmədən İranın müqavimət əzmini qırmağa qadir deyillər. Bundan əlavə İranın da sonsuza qədər müqavimət göstərmək qüdrəti yoxdur. Ona görə də, iki tərəf müvəqqəti atəşkəsə razılıq verib, öz müttəfiqləri ilə danışıqlar aparırlar, qüvvələrini toparlamağa çalışırlar. Qazandıqlarını və itirdiklərini hesablayırlar”.
Qəzza zolağında atəşksin əldə edilməsinə gəldikdə isə politoloq bunları deyib:
“Qəzza zolağı ilə bağlı İsrailin məqsədi gün kimi aydındır. Bunu həm Netanyahu deyib, həm Tramp deyib. Tramp Qəzzada turizm zonası tikmək istəyir və fələstinliləri oradan köçürmək istəyirlər. Qəzzanı tikib qurtarandan sonra fələstinlilərin bir hissəsi otellərdə, restoranlarda işləməyə razı olub qayıda bilərlər. 2,1 milyon fələstinlinin 400 mini itib. 70 mini qətlə yetirilib, 80 minini İsrail dilə tutub, inandırıb köçürüb, 200 mindən yuxarı fələstinlinin nə ölüsü var, nə də dirisi. Dünyanın gözü qarışısında İsrail 70-80 fələstinlini öldürür. İsrail belə bir şəkildə “Böyük İsrail” arzusunu həyata keçirmək istəyir. Yəhudilər fələstinliləri orada görmürlər. Vətənin sevən, vəəni uğrunda yaşamağa, ölməyə hazır olan xalq onları üçün təhlükədir. Onlara lazımdır qul kimi itəaət edən insanlar. Vətənin sevənin adına terrorçu qoyub öldürürlər. Belə bir şəkildə Qəzza zolağını darmadağın edəndən sonra, oradakı fələstinliləri köçürməyəncə sakitləşməyəcək. 60 günlük, 30 günlük, 5 günlük atəşkəs yalnız əməliyyatın həyata keçirilməsi üçün daha münasib şəraitin təmin edilməsi üçün atılan addımlardır”.
Səxavət Məmməd