6 ayda 119 kriminal qrup zərərsizləşdirildi

media-hightechnic-468x90

2024-сü ilin ilk altı ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356 kriminal qrup zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu kriminal qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.

“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, – iclasda bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600