Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

6 yaşlı uşaq ilk dəfə danışdı - “Oratio” psixoloji və nitq inkişafı mərkəzində ŞOK OLAY - FOTOLAR

Azərbaycanda sağlam gələcək uğrunda xidmət göstərən, övladlarınızı rahatlıqla əmanət edə biləcəyiniz “Oratio” psixoloji və nitq inkişafı mərkəzi fəaliyyət göstərir.

2017-ci ilin may ayından fəaliyyət göstərən mərkəzin məqsədi sağlam gələcək naminə sosial yönümlü və hər yaş qrupuna aid insanlara keyfiyyətli xidmət göstərməkdir.

Direktor Maya Əhmədovanın başçılığı ilə gənc və savadlı kollektivdən ibarət olan mərkəzdə psixoloji, loqopedik və pedaqoji fəaliyyətləri ilə peşəkar kollektiv xidmət göstərir.

Mərkəzin özəllikləri bunlardır:

Hermetik və səs buraxmayan dərs otaqları

Gigiyenik hava təmizləmə sistemi

Anti-bakterial boya

Uşağı yormayan işıq və rəng kombinasiyaları

İsti döşəmə

•Valideynin bütün müalicə prossesini izləmək imkanı

“Oratio” Psixoloji və Nitq İnkişafı mərkəzi loqopedik, pedaqoji və psixoloji sahədə xidmətlərlə yanaşı, sınanmış, güvəni ilə Avropa standartlarında gerçəkləşdirilən müxtəlif zəka testləri, inkişaf testləri, nevropsixoloji və s. testlərlə sağlamlığınızın xidmətində dayanır.

Bu da xidmətlər:

1. Autizm
2. Daun sindromu
3. Serebral iflic
4. İnkişaf ləngiməsi
5. Anoreksiya Nevrozu
6. Depressiya
7. Yuxu pozğunluğu
8. Ünsiyyət çətinliyi
9. Abituriyentlərə psixoloji dəstək
10. Böyük və kiçik motorikanın inkişafı
11. Bütün növ loqopedik xidmətlər
12. Nitq qüsurları
13. Pedaqoji məşğələlər
14. Tomatis və For Brain cihazı ilə müalicəvi və inkişaf etdirici məşğələlər
15. Wisc 4 Zəka testi

İlkin müayinə zamanı keçirilən testlər vasitəsilə uşağınızın müalicə istiqaməti doğru seçilir və düzgün proseslər aparılır. Bununla yanaşı, qısa müddətdə uğurlu nəticələrimiz müqayisəli şəkildə sizlərə təqdim olunur.

Qeyd edək ki, Mərkəz yeni fəaliyyət göstərməyinə baxmayaraq, artıq bir çox uğura imza atıb. Bu uğurlar sırasında ötən ilin sentyabr ayında müğənni Nadir Qafarzadə, aparıcı Lamiyə Ələkbərova, prodüser Təranə Səmədova vasitəsi ilə “Oratio” ya üz tutan eşitmə qüsurlu Ayxan Rəhimli ilə təmənnasız şəkildə aparılan seansları və uğurlu nəticəni misal göstərmək olar. Ayxan “Oratio” psixoloji və nitq inkişafı mərkəzinə eşitmə qüsuru ilə müraciət edib. Ayxanın o zaman 6 yaşı vardı. O, ancaq jest hərəkətləri ilə özünü ifadə edirdi. İlkin müayinə zamanı qulaq aparatı normal səviyyədə olmadığından dəyişdirildi, yeni aparat taxılaraq, dərslərə başlanıldı. Bu mərhələdə Ayxanda heç bir səs və söz bazası yox idi. Ayxanla “Oratio” kollektivinin peşəkar loqopedləri Günel Hacıyeva, Zərifə Orucova və pedaqoqu Pərvin Quliyeva tərəfindən aparılan məşğələlər nəticəsində ilkin nəticə alındı. Seans və dərs prosesində Ayxanın söz ehtiyatı getdikcə artdı. Keçirilən loqopedik və pedaqoji məşğələlərin nəticəsində Ayxan eşidib-anlayaraq, sözləri düzgün ifadə etməyə və yazmağa başladı. Bununla yanaşı olaraq, ona dil gimnastikası, dil masajı vasitəsi ilə loqopedik seanslar icra edilir. Ayxanla artıq 5 aydır ki, məşğələlər davam etdirilir. Bu, hələ işin başlanğıcıdır. İcra olunacaq əməliyyatdan sonra o, tam sağlamlığına qovuşacaq.

Bununla yanaşı “Oratio” psixoloji və nitq inkişafı mərkəzi valideynləri nəzərə alaraq, mütəmadi şəkildə ödənişsiz təlimlər həyata keçirir. Bu təlimlər sayəsində valideynlər və pedaqoqlarla maarifləndirici işlər aparılır. Bu da onların uşaqlarında qarşılaşacağı problemlərin mahiyyətini bilməsinə yardımçı olur.

📞 +994 12 4414125
📱+994 50 4414125
📩 [email protected]
Ünvan: Xan Şuşinski küç. 21 (ASAN Xidmətin arxa tərəfi)

Ətraflı məlumat üçün:
🌐 www.oratio.az

www.yenicag.az

5825
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM