61,8 milyon dollarlıq natrümort

media-hightechnic-468x90

vanVisent Van Qoqun “Çobanyastığı və lalələrlə dolu gül qabı” natürmortu Sotheby’s hərracında 61,8 milyon dollara satılıb.

Ekspertlər tərəfindən ilkin olaraq 30-50 milyon dollar məbləğində qiymətləndirilən bu əsər auksionda əsas lotlardan biri hesab olunurdu.

Sotheby’s hərrac evinin impressionizm və modernizm departamentinin direktoru Saymon Şo deyib ki, faciəvi ölümündən bir neçə həftə əvvəl çəkdiyi “Çobanyastığı və lalələrlə dolu gül qabı” natürmortu Van Qoqun o dövrdə yaşadığı emosional vəziyyəti əks etdirir. Dahi rəssam maddi çətinlik içərisində yaşadığından, çox güman ki, bu əsəri dostu Qaşeyə müalicə haqqı kimi verib.

Hazırda Van Qoqun ən bahalı əsəri 1990-cı ildə Christie’s hərracında 82,5 milyon dollara satılmış “Doktor Qaşenin portreti” rəsmidir.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600