65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır.

Yenicag.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır:

“Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayıb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub”.