Göstərilən tibbi xidmətlərin sayı açıqlandı
Ümumilikdə 85 milyon tibbi xidmət göstərilib.
Yenicag.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, xidmət həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb:
“Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5 faiz, stasionar tibbi xidmətlər 6 faiz, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə, 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.
Eyni zamanda, xidmətlərin keyfiyyəti artırılıb və onlar müasir standartlara uyğunlaşdırılıb.












