Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən xəbərə görə, 10 iyul saat 09:15-ə olan məlumata əsasən, 6696 bakalavr (Azərbaycan bölməsi üzrə 6096, rus bölməsi üzrə 600) öz ərizəsini təsdiq edib.
Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
Qeyd: SABAH qrupları üzrə ixtisaslaşmaları 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində bu gün saat 12:00-dək tələbələrin qeydiyyatı aparılır.
www.yenicag.az