Tramp İspaniya ilə bağlı mövqeyini yumşaltdı
ABŞ Prezidenti Donald Trampın İspaniyaya yönəlik sərt ritorikası yumşalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Madrid rəsmiləri məlumat yayıb.
Bildirilib ki, Tramp NATO sammitindən sonra İspaniyanın son illərdə alyansa maliyyə və müdafiə töhfələrini artırdığı barədə məlumatlandırılıb. Bundan sonra ABŞ prezidentinin ölkəyə münasibətində dəyişiklik müşahidə olunub.
Qeyd edək ki, Tramp çərşənbə günü Ankarada keçirilən NATO sammitində İspaniyanı “dəhşətli tərəfdaş” adlandırmış və müdafiə xərcləri, eləcə də İranla bağlı fikir ayrılıqları fonunda bu ölkə ilə ticarətin dayandırılmasını təklif etmişdi.













