!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda - Fotolar

!Reklam – Yazi

Bu gün Veysəloğlu Şirkətlər Qrupunda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentlərlə görüş təşkil olundu.

Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi İlqar Nuri öz növbəsində gəncləri təbrik edərək onlara yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzuladı. İlqar Nuri təmsil etdiyi şirkətin daim savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verdiyini, gələcəkdə onların da Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirdi.

Daha sonra Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tədbir iştirakçılarına Azərbaycanın qida sektorunda özünün xüsusi rolu və yeri olan Veysəloğlu qrup haqqında qısa məlumat verərək şirkətin daim gənclərə dəstək olduğunu və gənclərlə birlikdə inkişaf etdiyini bildirib. İ.Məmmədov həmçinin qeyd edib ki, şirkətin Koorporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədris hər zaman öncül yer tutub.O, bildirdi ki, bu gün Veysəloğlu Şirkətlər Qrupunda çalışanların böyük əksəriyyəti gənclərdir və şirkətin bu templə inkişafında məhz bu gənclərin xidmətləri əvəzolunmazdır.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif formatlı layihələr həyata keçirir. Təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.

Görüşdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ən yüksək nəticə qazanmış 15 gəncə Veysəloğlu Şirkətlər Qrupu adından pul mükafatı, eləcə də “Ulduz” şokolad fabrikinin məhsulları təqdim edildi.

Mükafatlandırmadan sonra tələbələr və onların valideynləri “Ulduz” şokolad fabrikində istehsal prosesi ilə yaxından tanış oldular.

Yenicag.az

www.yenicag.az

1193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv