Sena Parlar: Strateji tərəfdaşlığımız bölgədəki İKİ ƏSAS AKTORA QARŞI YENİ REALLIQ YARATDI - VİDEO

media-hightechnic-468x90

“Qarabağ müharibəsi zamanı Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərməsi Ermənistan üçün güc balansını pozduğuna görə ciddi narahatlıq yaradıb”.

Bunu Yenicag.az-a verdiyi videomüsahibəsində Türkiyəli siyasi şərhçi Sena Parlar deyib.

O, Azərbaycan və Türkiyə münasibətlərindən danışarkən bildirib ki, iki ölkə arasındakı strateji əməkdaşlıq həm mədəni, həm də enerji sahəsində birlikdə hərəkət etməyi zəruri edir:

“Hər iki ölkə milli suverenlikləri çərçivəsində ortaq maraqlar ətrafında bir araya gəlir. Bəs bu əməkdaşlıq dünya siyasətində hansı ölkələri narahat edir? Bu ölkələrin başında Ermənistan gəlir. Çünki Qarabağ müharibəsi zamanı Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Ermənistan üçün güc balansını pozduğuna görə ciddi narahatlıq yaradıb. Narahatlıq duyan ikinci ölkə isə, təbii ki, İrandır”.

Həmçinin siyasi şərhçi Türkiyə hərbçilərinin şəhid olduğu təyyarə qəzası məsələsinə də toxunaraq vurğulayıb ki, bu hadisə ilə bağlı təyyarənin “qara qutu”su ölkənin müvafiq qurumları tərəfindən tələb edilib və araşdırmalar davam etdirilir.

“Təəssüf ki, Türk Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəmiz Gürcüstan sərhədində qəzaya uğradı və 20 hərbçimiz şəhid oldu. Şəhidlərimizin müqəddəs cənazələri bu gün ölkəmizə gətirilib və dəfn olunmaları üçün rəsmi mərasimlər keçirilir. Acımız çox böyükdür”, – deyə o yekunlaşdırıb.

Ətraflı videomüsahibədə:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa