Döyüşlər İranın DAXİLİNƏ DAŞINIR: “Müharibə uzandıqca Tehranın çöküşü qaçılmazdır”

media-hightechnic-468x90

“Müharibə uzandıqca İranın itkilərinin artacağı gözlənilir. Bunun əsas səbəblərindən biri də döyüş əməliyyatlarının İran ərazisində aparılmasıdır.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-1739173491_67a9ad5a0c0f067a9ad5a0c0f1173917321067a9ad5a0c0ee67a9ad5a0c0ef

Ekspert İsrailin Livana qarşı başladığı quru hərbi əməliyyatlarının regiondakı gərginliyi artırma ehtimalından danışıb. O bildirib ki, bu addım “Hizbullah”ın hava zərbələrinə cavab reaksiyası kimi qiymətləndirilməlidir:

“Livan ordusu hazırda ciddi müqavimət göstərmədən İsraillə sərhəd xəttindəki mövcud döyüş mövqelərindən geri çəkilir. Faktiki olaraq, İsrail qüvvələri itki vermədən Livan ərazisində beşdən artıq strateji yüksəkliyi ələ keçirib və həmin mövqelərdə möhkəmlənib.

Livan ordusunun İsrailə qarşı real müqavimət potensialı demək olar ki, yox səviyyəsindədir. Burada əsas cavab reaksiyası ‘Hizbullah’ tərəfindən verilə bilər. Lakin bu reaksiyaların İsraili strateji hədəflərindən yayındıracağı ehtimalı zəifdir. İsrail ‘Hizbullah’ mövqelərinə zərbələri davam etdirməklə öz ərazisinə yönələn hücumların qarşısını almağa və əməliyyatı məqsədlərinə uyğun şəkildə yekunlaşdırmağa çalışır.

İranla bağlı cəbhədə isə münaqişənin miqyası xeyli genişlənib. İran ondan artıq qonşu müsəlman ölkənin ərazisinə, xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi koordinatlara hava zərbələri endirib. Müharibənin miqyası böyüsə də, İranın bu qarşıdurmadan qalib çıxması real görünmür. Əksinə, müharibə uzandıqca İranın itkilərinin artacağı gözlənilir. Bunun əsas səbəblərindən biri də döyüş əməliyyatlarının İran ərazisində aparılmasıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05