"Neft idxalı Pekini qorxuya salıb" — Çinin Körfəzdəki GİZLİ MARAQLARI nədən ibarətdir?

media-hightechnic-468x90

“Müharibə ehtimalı olan ölkəyə böyük sərmayə qoymaq Pekinin iqtisadi strategiyasına uyğun gəlmir”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-1757931068_46a26f2bbf64f16f0298a55b319f26d1_59193_12-1

O, İranın ABŞ və İsraillə qarşıdurması fonunda Rusiya və Çinin Tehrana açıq hərbi dəstək verməməsinin siyasi-iqtisadi nəticələri barədə fikirlərini bölüşüb.

Politoloq bildirib ki, Rusiya və Çin İrana açıq hərbi yardım göstərmək niyyətində deyillər:

“Onlar Tehrandakı hakimiyyətin devrilməsini və ABŞ-nin bölgədə tam üstünlük qazanmasını istəməsələr də, Vaşinqtonla birbaşa toqquşmadan yayınırlar. ABŞ və İsrailin ötən il apardığı 12 günlük müharibə zamanı da Moskva və Pekin passiv mövqe tutmuşdu. Həmin dövrdən sonra İran prezidenti Məsud Pezeşkian tərəfdaşların dəstək vermədiyini dolayısı ilə etiraf etmişdi. Daha əvvəl isə Vladimir Putin Tehrana açıq hərbi müdaxilənin mümkün olmadığını bildirmişdi.

2021-ci ildə Çinlə İran arasında imzalanan uzunmüddətli saziş 25 il ərzində təxminən 400 milyard dollarlıq investisiyanı nəzərdə tuturdu. Lakin Pekin riskləri nəzərə alaraq bu vəsaiti yatırmağa tələsmədi. İranın nüvə proqramı və artan hərbi gərginlik Çin üçün əlavə təhlükə yaradırdı. Müharibə ehtimalı olan ölkəyə böyük sərmayə qoymaq Pekinin iqtisadi strategiyasına uyğun gəlmir. Buna görə də razılaşma, əsasən, formal sənəd kimi qaldı. Hazırkı qarşıdurma isə bu planların reallaşma şansını daha da azaldır.

Hərbi baxımdan İran Rusiya və Çindən müəyyən texnika alsa da, bu sistemlər hücumların qarşısını tam ala bilmədi. ABŞ və İsrail aviasiyası İranın hava məkanında nisbətən sərbəst fəaliyyət göstərdi. Bununla belə, Tehran raket zərbələri ilə cavab verməyə çalışdı və bölgədəki ABŞ obyektlərini hədəfə aldı. Xüsusilə Körfəz ölkələrinin enerji infrastrukturu risk altına düşdü. Bu vəziyyət Çini narahat edir, çünki Pekin regiondan böyük həcmdə neft idxal edir. İran mövcud şəraitdə əsasən öz resurslarına arxalanmalı olur və uzunmüddətli müharibə potensialı sual altında qalır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05