Naxçıvanda İran PUA-sı: "Təsadüf deyil, Bakıya qarşı xain planın bir hissəsidir" - Hərbi ekspert

media-hightechnic-468x90

“İranın məqsədi tamamilə başqadır”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

media-image_750x_63e0c413e980ejpg-1675684136

Ekspert Naxçıvan Hava Limanına düşən İran pilotsuz uçuş aparatının (PUA) məqsədi və pərdəarxası məqamları ilə bağlı fikirlərini bölüşüb.

Hərbi ekspert bildirib ki, İran və Azərbaycan həmsərhəd bölgələrdir və müharibə şəraitində belə hadisələrin yaşanması təsadüfi deyil:

“Müharibə zamanı belə hallar həmişə olub, lakin indi İranın məqsədi tamamilə başqadır. Tehranın bütün fəaliyyəti, təəssüf ki, ancaq müsəlman dövlətlərinə qarşı yönəlib. Türkiyəni və ərəb ölkələrini hədəf alırlar. Özlərini müsəlman dövləti adlandırsalar da, əməldə ancaq müsəlman ölkələrinə qarşı cinayət, özbaşınalıq və xəyanət törədirlər. Ona görə də onlardan hər şey gözləmək olar. Türkiyəyə qarşı belə addım atan ölkə Azərbaycana qarşı da eynisini edər”.

Ekspert qeyd edib ki, ehtimallar müxtəlif olsa da, hazırkı həssas məqamda təmkinli davranmaq vacibdir:

“İndi sadəcə bir az səbr etmək lazımdır. Xüsusilə bu həssas dönəmdə üstlərinə getmək lazım deyil, çünki qarşımızdakı tərəf proqnozlaşdırıla bilməyən bir siyasət yürüdür. Nə qanun tanıyırlar, nə də qayda. Hər cür təxribata əl ata bilərlər. Hadisəni törədərlər, sonra da Türkiyə ilə bağlı məsələlərdə olduğu kimi deyərlər ki, “bizlik deyil’”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05