İsrailin Livan əməliyyatı sadəcə hücum deyil? – Böyük regional BALANS DƏYİŞİR

media-hightechnic-468x90

“İsrailin Livana hücumu İranın təsir gücünü bölgədə azaltmağa yönəlib”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-capture

Politoloq İsrailin İranla müharibə fonunda Livanı bombalamasını və quru əməliyyatlarına başlamaq qərarını belə şərh edib:

“İsrailin Livana qarşı quru əməliyyatlarına başlaması çox ehtimal ki, yalnız bir cəbhədə taktiki addım deyil, daha geniş regional strategiyanın tərkib hissəsidir. İsrail üçün əsas təhlükələrdən biri Livanda fəaliyyət göstərən və İranın ən güclü regional müttəfiqi sayılan “Hizbullah”dır. İranla qarşıdurma fonunda Tel-Əviv Livan istiqamətində mümkün hərbi aktivliyi qabaqlamaq və “Hizbullah”ın genişmiqyaslı müdaxiləsinin qarşısını almaq istəyir. Bu baxımdan, Livana qarşı əməliyyatlar həm preventiv addım kimi qiymətləndirilə bilər, həm də “Hizbullah”ın hərbi imkanlarını zəiflətməklə İranın regional təsir şəbəkəsini parçalamağa yönəlmiş strategiyanın bir hissəsi kimi görünür”.

Politoloq qeyd edib ki, İsrail “Hizbullah”ı sıradan çıxarmaqla İranın təsir gücünü azaltmağa çalışır:

“Digər tərəfdən, bu addım İsrailin illərdir həll olunmamış təhlükəsizlik problemlərini paralel şəkildə həll etmək cəhdi də ola bilər. Livan cəbhəsi uzun müddətdir gərgin olaraq qalır və İsrail üçün “Hizbullah”ın raket potensialı ciddi risk hesab olunur. İranla müharibə fonunda Livanın da diqqətini öz təhlükəsizliyinə yönəltmək, “Hizbullah”ı müdafiə mövqeyinə keçməyə məcbur etmək və regionda İranın koordinasiyalı cavab imkanlarını zəiflətmək İsrail üçün strateji üstünlük yarada bilər. Buna görə də Livanda başlayan əməliyyatlar yalnız lokal hərbi addım deyil, daha geniş regional balansı dəyişdirməyə hesablanmış siyasi-hərbi strategiyanın elementi kimi qiymətləndirilir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05