Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Turizm regionlarında Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə tədbiri keçirilib

11079156_1564385403836720_1329551490_nGənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm regionlarında Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə” adlı layihə çərçivəsində ilk tədbiri keçirib. 
01-02 aprel 2015-ci il tarixlərində Qəbələ rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər Mərkəzi İ.B-nin icra direktoru Kənan Kamranoğlu ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışdı. Azərbaycan Gənclər Fondu haqqında geniş məlumat verdi. Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənclərlə ölkəmizə gələcək xarici turistlər arasında kommunikasiyanın yaradılması, ikitərəfli əlaqələlirin genişləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, turizm obyektlərində işçi personalın peşəkarlıq səviyyəsinin artırılması və digərləri oldu. 
Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının sədri Pərviz Nəsirov və digər ekspertlərin çıxışı dinlənildi. İştirakçıların sualları cavablandırıldı. Sonda iştirakçılara Avropa oyunları ilə bağlı lazımı məlumatların yer aldığı bukletlər, broşurlar və cib təqvimləri təqdim olundu.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

316