“Fənərbağça”ya baş məşqçi təyin olundu
Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi açıqlanıb.
Yenicag.az xəbər verir ki, komanda İsmayıl Kartala tapşırılıb.
Xatırladaq ki, İsmayıl Kartal 2022-ci ildə və 2023/2024 mövsümündə “Fənərbağça”nın baş məşqçisi olub.













