Mənzurə PEŞMAN OLDU: "İndiki ağlım olsaydı..."
“İndiki ağlım olsaydı, birinci sənəti tutardım, sonra pul qazanmağı”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “İncəSəhər” verilişində deyib.
O, vaxtilə Leyli roluna dəvət aldığını, amma çəkilmədiyini təəssüf hissi ilə bildirib:
“Məni “Leyli və Məcnun”da Leyli roluna dəvət etmişdilər. Leyliyə xarici görünüşcə də çox yaraşırdım, amma qismət olmadı. Çünki başım toylara, pul qazanmağa qarışdı. Bir də gördüm ki, zaman keçib. Buna görə çox peşmanam. İndiki ağlım olsaydı, birinci sənəti tutardım, sonra pul qazanmağı”.
Nehru













