96 yaşlı kraliçanın səhhəti ağırlaşdı: Britaniya əhalisi sarayın ətrafına toplaşdı

media-hightechnic-468x90

Böyük Britaniya kraliçası II Elizabetin səhhətində ciddi problem yaranıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Bakinqam Sarayı bu gün məlumat yayaraq 96 yaşlı kraliçanın səhhətində problem yarandığını, həkimlərin onu müşahidə altında saxladığını bildirib.

Kraliçanın keçmiş mətbuat katibi Diki Arbiter də bu gün yaranmış vəziyyəti “bənzəri görünməmiş” hesab etdiyini bildirib.

Son məlumata görə, kraliçanın ailəsi onun hazırda qaldığı Balmoral sarayına gəliblər. Kraliçanın yanına gələnlər arasında küsülü olduğu şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl da var.

BBC-nin kral müxbiri Nikolas Uitçel şahzadə Harrinin də nənəsinə baş çəkməsinin durumun nə qədər ciddi olduğunu göstərdiyini qeyd edib.

Kraliçanın səhhətilə bağlı qeyri-müəyyənlik xalqı da narahat edib. Çox sayda insan Bakinqam və Balmoral saraylarının ətrafına toplaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600