Qəhrəmanmaraş, Qaziantep zəlzələdən əvvəl və sonra - FOTO / VİDEO

media-hightechnic-468x90

“Maxar Technologies” şirkəti zəlzələdə ən çox zərər görən Qəhrəmanmaraşda çadır şəhərciyinə çevrilən “12 Fevral Stadionu” və ətrafının peyk vasitəsilə çəkilən görüntüsünü paylaşıb. Bölgənin əvvəlki və sonrakı vəziyyəti ürəkləri dağlayır.

Şirkət həmçinin zəlzələdən ağır zərər çəkən Qaziantepin İslahiye rayonunun əvvəlki və sonrakı vəziyyətini göstərib.

“Maxar” bundan başqa Antakya şəhərindən çəkilən fotoları da yayıb. Bildirilib ki, kadrlar fevralın 8-də çəkilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600