Aİ Rusiya qazından həmişəlik imtina edəcək
Avropa İttifaqı 2027-ci ildən Rusiya qazından həmişəlik imtina etmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas özünün X hesabında yazıb.
“Bu gün biz 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalına qadağa qoymaq təklifimizi açıqladıq. Avropa artıq öz asılılığını əhəmiyyətli dərəcədə azaldıb. İndi biz qaz kranını həmişəlik bağlayırıq. Rusiya artıq enerjidən bizə qarşı silah kimi istifadə edə bilməyəcək”, – Kallas qeyd edib. /unikal