Xərçəngi 3 il əvvəlcədən aşkar edən qan testi hazırlandı

media-hightechnic-468x90

ABŞ-ın Johns Hopkins Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinin bədəndə klinik əlamətlər ortaya çıxmazdan illər əvvəl müəyyən olunmasına imkan verən yeni bir qan testi hazırlayıblar.

Mütəxəssislər bunun xərçəngin erkən mərhələdə aşkarlanması və müalicəsinin daha effektiv aparılması baxımından inqilabi bir addım olduğunu bildiriblər.

Yenicag.az xəbər verir ki, MCED (Multi-Cancer Early Detection) adlanan bu test bir damcı qan nümunəsi vasitəsilə bədxassəli şişlərin yaydığı genetik izləri 3 il və daha artıq müddət əvvəldən aşkarlaya bilir.

“Cancer Discovery” elmi jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, testin tətbiq olunduğu 8 xəstənin hər birində qan nümunəsi götürüldükdən bir neçə ay sonra xərçəng diaqnozu təsdiqlənib. Alimlər qeyd ediblər ki, bəzi xəstələrin əvvəlki illərdə verilmiş qan analizlərində xərçənglə əlaqəli mutasiyalara rast gəlinib.

media-kanseri-3-yil-onceden-tespit-eden-kan-testi-gelistirildi-17502387257406_1

Tədqiqatın müəlliflərindən biri olan Yuxuan Vanq bildirib ki, belə erkən aşkarlama müalicənin uğur şansını artırır:

“Xərçəngi üç il əvvəl aşkar etmək həkimlərə müdaxilə üçün böyük zaman qazandırır. Bu zaman şişlər hələ ilkin mərhələdə olur və müalicəyə daha yaxşı cavab verir.”

Tədqiqatçılar MCED testinin gələcəkdə ildə 1-2 dəfə standart qan testi kimi tətbiq edilməsinin, xərçəngin daha erkən mərhələdə aşkar olunmasına və ölüm hallarının azalmasına səbəb ola biləcəyini vurğulayıblar.

Hazırda testin daha genişmiqyaslı klinik tədqiqatlarla sınaqdan keçirilməsi planlaşdırılır.

Məsimə Məmmədova

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600