Premyer Liqada 2025/26 mövsümünün oyun cədvəli AÇIQLANDI – Derbilərlə dolu I TUR

media-hightechnic-468x90

İngiltərə Premyer Liqasında 2025–2026-cı il mövsümünün başlanğıcı üçün geri sayım başladı.

Yenicag.az xəbər verir ki, yeni mövsümün oyun təqvimi Premyer Liqanın rəsmi saytında dərc olunub. Mövsümün ilk turu 15 avqust 2025-ci il tarixində start götürəcək və ümumilikdə 380 qarşılaşma keçiriləcək.

Açılış matçında ötən mövsümün çempionu “Liverpool” doğma meydanda “AFC Bournemouth” komandasını qəbul edəcək. Gözlənilən derbilərdən biri isə “Old Trafford” stadionunda baş tutacaq – çempionluq uğrunda mübarizə aparmış “Arsenal”, səfərdə “Manchester United” ilə qarşılaşacaq.

Premyer Liqa 2025/26 I turun oyun cədvəli:

Cümə – 15 avqust

“Liverpool” – “AFC Bournemouth”

Şənbə – 16 avqust

“Aston Villa” – “Newcastle United”

“Brighton & Hove Albion” – “Fulham”

“Nottingham Forest” – “Brentford”

“Sunderland” – “West Ham United”

“Tottenham Hotspur” – “Burnley”

“Wolverhampton Wanderers” – “Manchester City”

Bazar – 17 avqust

“Chelsea” – “Crystal Palace”

“Manchester United” – “Arsenal”

Bazar ertəsi – 18 avqust

“Leeds United” – “Everton”

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600