Tolik KİMƏ SƏSLƏNDİ: “Özünü açıb ortaya qoyan bu müğənni...”
Efirə çıxıb, mən namusluyam deməklə namussuzluğun ən pik nöqtəsini yaşayırsan.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tolik öz verilişində deyib.
O, efirə çıxıb namus, qeyrətdən danışan müğənnilərlə bağlı sərt fikirlər səsləndirib:
“Televiziya məkanı, şou, musiqili verilişlər bəzi müğənnilərin efirə çıxıb buradan “kişilik”, “qadınlıq”, “namus” dərsi vermək yeri deyil. Numus individual bir şeydir. Efirə çıxıb, mən “namusluyam” deməklə namussuzluğun ən pik nöqtəsini yaşayırsan. Çünki namuslu ana-bacılarımız evdən oturub baxır ki, bəzilərindən iraq, özünü açıb ortaya qoyan bu müğənni- hansı ki, ağzının danışığını bilmir, iki kəlmə danışa bilmir, iki sözü ard-arda qoşa bilmir… Namuslu müğənnilərin adlarını çəkərəm, onlar inciyər. Onlar neyləsin bəs?”
Nehru