Vaşinqtonun KÖLGƏSİNDƏ: İran-İsrail savaşı dünya müharibəsinə ÇEVRİLİR?
“Əgər ABŞ müharibəyə birbaşa qoşulsa, Böyük Britaniya da müharibəyə qoşulacaq”.
Bu sözləri İran-İsrail toqquşması, ABŞ-nin birbaşa müharibəyə qoşulma ehtimalını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, ABŞ bu müharibənin içərisindədir:
“Hadisələr onu göstərir ki, müharibə bir qədər də davam edəcək. ABŞ müharibə başlamazdan əvvəl İsrailə 300 ballistik raket verdi. Hətta İsrail Baş naziri ABŞ-yə minnətdarlıq etdi. G7 sammitinin Kanadada görüşü keçirildi. Donald Tramp həmin görüşü yarımçıq tərk etdi. Görüşdə Rusiyaya qarşı sanksiya qəbul edilmədi. Tramp İran hadisələrini səbəb göstərərək Vaşinqtona qayıtdı. Bu, o deməkdir ki, Tramp Rusiyaya qarşı sanksiyaların əleyhinədir. Tramp həm də bildirdi ki, Putinlə danışıb, o İranı diplomatik formada rəzil edəcək. Bu, o anlama gəlir ki, Tramp İran hadisələrində Rusiyanın kənarda durmasını istəyir. Tramp bəyan edir ki, İrana son şans verir”.
Onun fikrincə, ABŞ İran-İsrail müharibəsində işin içərisindədir:
“Əgər ABŞ müharibəyə birbaşa qoşulsa, Böyük Britaniya da müharibəyə qoşulacaq. Ancaq birbaşa hücum gözlənilmir. Xameneinin öldürülməsi ilə bağlı da razılaşma gedir. Düşünürəm ki, ABŞ buna da razılıq verəcək. Xamenei vurulmasa, İranda hər hansı hakimiyyət dəyişikliyindən söhbət gedə bilməz”.
Səxavət Məmməd