Abel Məhərrəmovun işdən çıxarılması xəbərinə rəsmi cavab
Rektora sənəd və əmr imzalaması barədə qadağa qoyulması xəbərlərinə aydınlıq gəlib
Bakı Dövlət Univesitetinin rektoru Abel Məhərrəmovun işdən çıxarılacağı ilə bağlı yayılan xəbərlərə universitetin cavabı gecikməyib. Rektor A. Məhərrəmova işdən çıxarılacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib.
Həmçinin bildiriblər ki, sənəd və əmrlər imzalamaq barədə ona heç bir qadağa qoyulmayıb: “Abel Məhərrəmova işdən çıxarılacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bu məlumatlar həqiqəti əks etdirmir. Ona sənəd və əmr imzalaması barədə qadağa qoyulması xəbərləri yalandır. Abel Məhərrrəmovun fəaliyyətinə heç bir qadağa qoymayıblar”.
Xartıraladaq ki, kütləvi informasiya vasitələrində son günlər Bakı Dövlət Universitetində baş verən aksiyalarla bağlı rektor Abel Məhərrəmova xəbərdarlıq edilməsi barədə xəbərlər yayılıb. Onun sənəd və əmr imzalama hüququndan məhrum edildiyi qeyd olunub.