Abituriyentlərin diqqətinə: Ərizə qəbulu başa çatır – SON GÜN

Birinci-beşinci ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a bildirilib ki, elektron ərizələrini sənəd qəbulu komissiyalarına müraciət etmədən təsdiqləyən abituriyentlər üçün son müddət iyunun 20-si saat 10:00-dək nəzərdə tutulub.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.