DİQQƏT! Qabiliyyət imtahanları başladı

media-hightechnic-468x90

Bu gün 9 illik orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a bildirilib ki, imtahanlar 17-21 və 24 avqust tarixlərində keçiriləcək.

İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. 8 komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçirilir.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində 7 binada təşkil ediləcək.

Qeyd edək ki, imtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600