ABŞ 55 milyondan çox viza sahibini ARAŞDIRIR

media-hightechnic-468x90

ABŞ Dövlət Departamenti ölkədə qüvvədə olan 55 milyondan artıq vizanın daimi şəkildə nəzarət altında saxlanıldığını açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, viza sahiblərinin vizanın verilməsindən sonra hər hansı qayda pozuntusuna yol verib-vermədiyi diqqətlə araşdırılır.

Departamentin açıqlamasında bildirilib ki, qayda pozuntusu təsbit olunarsa, vizalar ləğv ediləcək və həmin şəxslər deportasiya ediləcək.

Qayda pozuntuları siyahısına isə ABŞ-də qalma müddətini aşmaq, cinayət törətmək, ictimai təhlükəsizliyi təhdid etmək, terror fəaliyyəti ilə məşğul olmaq və ya terrorçu təşkilata dəstək vermək kimi hallar daxildir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05