ABŞ Aİ ölkələrinin İrana qarşı sanksiyaları bərpa etmək təşəbbüsünü dəstəklədi

media-hightechnic-468x90

ABŞ Fransa, Almaniya və Böyük Britaniyanın BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün başlatdığı prosesi alqışlayıb.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı bəyanat yayan dövlət katibi Marko Rubio Birləşmiş Ştatların üç müttəfiqinin bu işdə rəhbərliyini yüksək qiymətləndirib. O deyib ki, yaxın həftələrdə ABŞ onlarla və BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə İrana qarşı beynəlxalq sanksiyaların və məhdudiyyətlərin geri qaytarılmasını uğurla başa çatdırmağa çalışacaq.

“Eyni zamanda, Birləşmiş Ştatlar İranın nüvə probleminin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün İranla birbaşa əlaqəyə hazırdır. Sanksiyaları qaytarma diplomatik səylərimizə hazırlığımızla ziddiyyət təşkil etmir, onu gücləndirir. Mən İran liderlərini xalqının heç vaxt nüvə silahına sahib olmayacağını təmin etmək, sülh yolu ilə getmək və İran xalqının rifahını yüksəltmək üçün təcili addımlar atmağa çağırıram”,- deyə bəyanatda bildirilir./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa