ABŞ Avropada nüvə bombaları yerləşdirdi

media-hightechnic-468x90

ABŞ Avropadakı altı bazada təxminən 100 modernləşdirilmiş B61 taktiki nüvə bombası (B61-12 versiyası) yerləşdirib.

Yenicag.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Nüvə Alimləri Federasiyasının məlumatları təsdiq edir.

Məlumata görə, Avropdakı nüvə silahlarını “F-35A”, “F-15E”, “F-16” və “Tornado” taktiki qırıcıları daşıya bilər.

B61-12 bombaları əvvəlki versiyalarla müqayisədə daha aşağı gücə malikdir (0.3-50 kiloton). Lakin, o daha yaxşı idarəolunan və dəqiqdir ki, bu da onu paraşütlə atmaq əvəzinə yüksək hündürlükdə uçan təyyarədən atmağa imkan verir./Oxu/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa