ABŞ cəbhədəki vəziyyət ilə bağlı bəyanat verdi

media-hightechnic-468x90

lABŞ rəhbərliyi Azərbaycan-Ermənistan arasındakı cəbhə xəttində gərginliyin artması ilə bağlı bəyanat verib.

ABŞ Dövlət Katibliyinin sözçüsü Marie Harf sərhəd xəttində şiddətin artmasından narahat olduqlarını deyib.
Harfın yayımladığı bəyanatda bildirilir:
“ABŞ (Azərbaycan-Ermənistan) cəbhə xəttində 31 iyuldan 1 avqusta keçən gecə əhəmiyyətli itkilərə səbəb olan gərginlikdən narahatdır. Həyatını itirənlər və yaralananların ailələrinə başsağlığı diləyir və tərəfləri gərginliyi azaltmaq istiqamətində təcili addımlar atmağa, atəşkəsə hörmət göstərməyə çağırırıq”.

İxtilafın heç bir hərbi həllinin ola bilməyəcəyini deyən Harf şiddətin artacağı halda sülhün qeyri-mümkün olacağını vurğulayıb.
Harf ABŞ-ın Ermənistan və Azərbaycan prezidentlərini yenidən dialoqa başlamağa dəvət edib, ilk fürsətdəcə görüşün keçirilməsinin zəruriliyi bildirilib.

Tərəflər həmçinin ATƏT-in sülh razılaşması çağırışını qəbul etməyə dəvət edilib. Harf Minsk Qrupu vasitəsilə prosesdə iştiraklarının olduğunu və daimi həll yolunun təmin edilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə Azərbaycan ordusunun 11 əsgəri şəhid olmuşdu. Avqustun 2-ə keçən gecə isə 4 əsgər şəhid olub, 5-i yaralanıb. Yaralananlardan birinin də dünyasını dəyişdiyi deyilir. Xəbər rəsmən təsdiqlənmir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600