Manaf KİMDƏN İNCİDİ? - "Heç biri mənə kömək etmədi"
“Onlar mənə kömək edə bilərdilər, amma etmədilər. Bunun da səbəbi paxıllıq idi”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “İbo şou” verilişində deyib.
O, ən çətin vaxtlarında ona kömək etməyən sənət adamlarından danışıb:
“O vaxtlar çətin dövr idi, efirə çıxmaq asan deyildi. Düzdür, mənim üçün dolanışığa görə, əsas vacib olan toy idi, toylara gedirdim. Çünki ağır dönəmlərdən keçirdik, anam xəstə yatağında idi. Amma efirə çıxa bilmirdim. Kömək edə bilərdilər, amma etmədilər. Bunun da səbəbi paxıllıq idi. Yaxşı da ki, heç köməklik etmədilər. Çünki insanın özünün ucalması yaxşıdır. İndi o zaman mənə dəstək ola bilən, amma olmayan adamları uşaq kimi qoyub qarşıma sözümü üzlərinə deyirəm. Başa düşürlər səhvlərini. Bax bu, mənim yaralı yerimdir. Ona görə də özüm indi köməksizə kömək oluram, toya aparıram”.
Nehru













