ABŞ-da hərbidən kütləvi istefalar

media-hightechnic-468x90

1421693920tyutyABŞ-da hərbi pilotsuz təyyarələrin yüzlərlə operatoru vəzifəsindən istefa verib.

Yenicag aznews-a istinadən xəbər verir ki, operatorların belə addım atmalarına səbəb kimi təyyarələri idarə etməlkə minlərlə insanı öldürmək istəməmələri göstərilir.

Hər il Pentaqon pilotsuz təyyarələrin idarə edilməsi üçün 180 operator hazırlayır.

Məlumata görə, hazırda təxminən 300 mütəxəssisin yeri boş qalıb. ABŞ əsasən, Suriya, İraq, Əfqanıstan və Pakistanda terrorçuların vurulması məqsədi ilə pilotsuz təyyarələrdən istifadə edir, ancaq bir çox hallarda bu addım uğurlu olmur. Belə ki, sadə vətəndaşlar pilotların hücumlarına məruz qalırlar.

Operatorlar isə ABŞ-dan birbaşa peyk vasitəsi ilə təyyarələri idarə edirlər. Pilotların sözlərinə görə, bu psixoloji cəhətdən çətindir, insan stresə düşür.

ABŞ hakimiyyəti yeni əməkdaşların işə cəlb edilməsi üçün hər il bonuslar şəklində 25 min dollar mükafat ödəyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600